Qol.Az-ın yaydığı xəbərə görə, ölkə çempionu “Qalatasaray”la kubokun sahibi “Fənərbaxça” arasındakı matçın Azərbaycanln paytaxtında keçirilməsi məsələsi gündəmə gəlib.
Türkiyə Futbol Federasiyası oyunu avqustun 11-də keçirmək istəyir.
Məsələ ilə əlaqədar TFF hər iki klubun nümayəndələrinin qatılacağı toplantı keçirəcək. Əgər razılıq olarsa, “Qalatasaray”la “Fənərbaxça” arasındakı kubok qarşılaşması Bakıda olacaq.
İdman24.az