Rusiyanın Liberal-Demokrat Partiyasının sədr müavini İqor LebedevYuri Syominin Moskva "Lokomotiv"inə qayıtması ilə bağlı fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, siyasətçi "dəmiryolçular"ın azarkeşlərinə səslənib.
"Hörmətli azarkeşlər, Syomini "Lokomotiv"ə çağırmayın. Bəli, razıyam ki, onun vaxtında "Loko" "qızıl dövr"ünü yaşayıb. Ancaq eyni çaya 3 dəfə girmək olmaz. Elə Palıç da əvvəlki deyil. Elə Filatov da yoxdu (Syominin dövründə "Lokomotiv"in prezidenti - red.). Unutmayın, bu, Syomin - Filatov tandemi idi.
Həm də nəyə görə bütün uğursuzluqlara görə ancaq baş məşqçi Leonid Kuçuk cavab verir? Klubda başqa məsul şəxs yoxdu? Məsələn, "Lokomotiv"in prezidenti"!
Qeyd edək ki, Yuri Syomin ötən mövsüm "Qəbələ"ni çalışdırıb və komandanı tarixində ilk dəfə mükafatçılar sırasına daxil edib.
Fanat.az