AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Bakı" - "Sumqayıt" oyununda meydan sahiblərindən Azad Kərimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb, qonaqlardan Rüstəm Alxasov sonuncu ümid fouluna görə birbaşa meydandan qovulub. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimələnib.
"Qəbələ" isə "Simurq"la oyunda 5 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə kdilib.
Fanat.az