"Xəzər Lənkəran" daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, komandanın yeni transferlərindən Fernando Qabriel sıradan çıxıb.
Bunun səbəbi heç də onun zədələnməsi deyil. Belə ki, braziliyalı kor bağırsağından əməliyyat olunub. Fernando bu səbəbdən "Araz Naxçıvan"la matçı buraxacaq.
Qeyd edək ki, qırmızı vərəqə cəzalısı olan Tyeqo da "Araz Naxçıvan"a qarşı oynamayacaq. Zədəsini hələ sağaltmayan Alfred Sankonun isə oynayıb-oynamayacağı bilinmir.
Fanat.az