Aldığı ciddi zədədn sonra 6 ay vətəni Paraqvayda qalan, ardından “İnter”in düşərgəsinə qayıdan Sezar Meza Kolli hələ də fərdi məşqlərlə kifayətlənir. Fanat.az xəbər verir ki, sentyabrın 5-də Bakıya dönən cənubi amerikalının adının PFL-ə təqdim edilən sifariş ərizəsinə salınacağı deyilsə də, Meza Kolli hələ sifariş edilməyib.
“İnter”in mətbuat katibi Səbuhi Məmmədovun Sezarın gələcək taleyi ilə bağlı saytımıza verdiyi açıqlama belə oldu: “O, formada deyil. Amma baş məşqçi Sezarın xidmətində maraqlıdı. Gürcüstan toplanışında kollektiv məşqlərdə iştirakı planlaşdırılıb. Təxminən oktyabrın ortalarında sifariş ediləcək”.
Fanat.az