“İki mövsüm əvvəl “Qəbələ”yə qarşı oynamışam və bu komandanın nəyə qadir olduğunu bilirəm. Standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarırlar". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Nikolas Kanales deyib.
"Neftçi" Premyer Liqanın VI turunda "Qəbələ" ilə qarşılaşacaq. Kanales klubun rəsmi saytına açıqlamasında bu matçdan danışıb: "Bildiyimə görə, “Qəbələ” 2 il əvvəlkindən daha güclüdü. Ötən mövsüm Azərbaycan kubokunun finalına çıxıblar və Premyer Liqanın bürünc medalını qazanıblar. “Qəbələ”nin heyətində kifayət qədər səviyyəli futbolçu yer alır. Doğma meydan amilini də nəzərə alsaq, azarkeş dəstəyi də daha çox onların tərəfində olacaq. Bununla belə, çalışacağıq ki, Qəbələdən 3 xalla qayıdıb, liderlər qrupunda möhkəmlənək”.
Fanat.az