"Neftçi" ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladı. Matça yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdü, “Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov deyib.
Futbolçu Premyer Liqanın VI turunda "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib: "Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm. Amma yeni oyunçuları olduğundan belə təhlil zəruridi. Rəqib güclü komandadı. Baş məşqçi dəyişikliyindən sonra da “Xəzər Lənkəran” kimi rəqibə qalib gəlib. Son oyunda biz də qalib gəlmişdik. Bu da ab-havaya müsbət təsir edir. Amma həmin görüşü unudub, qarşıdakına köklənmişik. Hamımız matçın ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq. Növbəti qələbəmizlə azarkeşlərimiz sevindirməyə çalışacağıq”.
Fanat.az