Azərbaycan çempionatlarında mövsümün ilk pokeri qeydə alınıb. Fanat.az xəbər verir ki, "Bakılı"nın futbolçusu Rəhman Musayev bir oyunda 4 qol vurub.
Belə ki, "Bakılı" "Energetik"i qəbul edib. Oyun meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhman Musayev 8, 12, 17 və 24-cü dəqiqələrdə rəqib qapısına yol tapıb.
Bu cari mövsümdə Premyer Liqa, əvəzedicilərin çempionatı və I divizionda ilk poker olub. Bundan əvvəl 3 çempionatda 1 het-trik, 21 dubl qeydə alınıb.
Het-trik
I divizion
Elxan Məmmədov (Mil-Muğan) - "Göyəzən"lə oyun, I tur
Dubllar
Premyer Liqa
Mikel Alvaro (İnter) - "Qəbələ" ilə oyun, I tur
Mikel Alvaro (İnter) - "Sumqayıt"la oyun, II tur
Dodo (Qəbələ) - "Simurq"la oyun, V tur
Junior Nildo (İnter) - "Bakı" ilə oyun, VI tur
Baçana Tsxadadze (İnter) - "Bakı" ilə oyun, VI tur
Əvəzedici heyətlər
Mirsahib Abbasov (İnter) - "Qəbələ" ilə oyun, I tur
Fuad Məmmədzadə (Qarabağ) - "İnter"lə, II tur
Elnur Cəfərov (Xəzər Lənkəran) - "Sumqayıt"la oyun, II tur
Fərid Səmədzadə (Qəbələ) - "Bakı" ilə oyun, III tur
Cavid Muxtarzadə (Neftçi) - "Simurq"la oyun, IV tur
Oruc Balaşlı (Simurq) - "Neftçi" ilə oyun, IV tur
Mirsahib Abbasov (İnter) - "Xəzər Lənkəran", IV tur
Vasif Rzayev (Bakı) - "Sumqayıt"la oyun, V tur
Mahir Mədətov (Bakı) - "Sumqayıt"la oyun, V tur
Kazım Kazımlı (Xəzər Lənkəran) - "Araz Naxçıvan", VI tur
I divizion
Məhəmməd Bədəlbəyli (Neftçala) - "Ağsu" ilə oyun, I tur
Rəmzi Məmmədov (Mil-Muğan) - "Göyəzən", I tur
Ramil Sadıqov (Şəmkir) - "Energetik", II tur
Qalib Əmrahov (Ağsu) - "Göyəzən"lə oyun, II tur
Ramil Əliyev (Bakılı) - "Energetik", III tur
Aslan Hüseynov (Zirə) - "Göyəzən", III tur
Qeyd edək ki, Premyer Liqanın I turun "Sumqayıt" - "Qarabağ" oyununda Reynaldo Silva da dubl edib. Lakin bu oyunun nəticəsi və vurulan qollar limit pozulduğuna görə ləğv olunub.
Fanat.az