“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Avropa Liqasındakı təmsilçimiz yarımmüdafiəçi Orxan Əliyevlə anlaşıb. 22 yaşlı hücumameylli futbolçu 1 illik müqaviləyə imza atıb.
Orxan “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz” klublarının formasını geyinib.
Xatırladaq ki, Əliyev U-23-ün heyətində Bakıda keçirilən İslamiadada qalib olub.
Fanat.Az