Oğuz Çətin "Araz Naxçıvan"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi qol vurmaq problemlərini qabardıb:
"Sözü çox uzatmaq niyyətim yoxdu. Mənim oyunçularım qol zamanı stressdə olurdular. Bu gün isə hər şeydən razı qaldım. Biz qol vurmaq problemini tamamilə həll etdikdən sonra istənilən rəqibi məğlub edə bilərik. Bu gün rəqibə heç bir şans vermədik. Qol bir az gec vurulsa da, əsas qələbədi. Əgər qolu erkən vursaydıq, hesab daha fərqli olardı. Biz ardıcıl olaraq, qələbələr qazanmalıyıq".
Fanat.az