Əsgər Abdullayev "Xəzər Lənkəran"la oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan"ın baş məşqçisi yetirmələrinin Premyer Liqa təcrübəsi qazanmalı olduğunu bildirib:
"Futbolçularımız döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budu. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdılar".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol