Türkiyə Super Liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib və "Gənclərbirliyi" "Eskişəhərspor"u 2:0 hesabı ilə yenib.
İkinci oyun günündə üç matç baş tutub. "Qalatasaray" səfərdə "Balıkesirspor"a 0:2 hesabı ilə uduzub. "Akhisar Bələdiyyəspor" "Erciyəsspor"u 2:1, "Mersin İdman Yurdu" "Rizəspor"u 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun üç oyunu bu gün, ikisi sabah baş tutacaq.
Fanat.az