"Qarabağ" Premyer Liqanın VI turunda "Simurq"u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Əliyar Ağayev idarə edəcək.
Fanat.az xəbər verir ki, "Qarabağ"ın hakimi adlandırılan FIFA referisi bu komandanın oyununu 21 turdan sonra təyinat alıb. Belə ki, Ağayev sonuncu dəfə "Qarabağ"ın 2013/14 mövsümünün 20-ci turunda "Qəbələ" ilə baş tutan oyununu idarə etmişdi. Ötən mövsümün 16 və bu mövsümün 4 oyununda ağdamlıların oyununa təyinat almayan referi 20 matçdan sonra "Qarabağ"la görüşəcək.
Fanat.az