Avrokuboklardan kənarda qalan "Neftçi"nin transfer bazarındakı süstlüyü azarkeşləri narahat etməyə bilməz. Fanat.Az xəbər verir ki, qitəmiqyaslı yarışlara qatılmayacaq Bakı klubu əsas komandanın çalışdırıcısı Elxan Abdullayevin yolunu gözləyir.
Mövsümün sonunda "ağ-qaralar"ın baş məşqçisi postunu tərk edəcəyi ehtimal edilən, gözləntilərin əksinə olaraq yeni üçillik müqaviləyə qol çəkən mütəxəssis yığmanın düşərgəsində axtarışlarını sürdürür.
Yerli agentlərin - Riad Rəfiyev və Kamil Məmmədovun vasitəçiliyi ilə bir neçə əcnəbini gözaltı edən Abdullayevə rəhbərlik AFFA-nın icazəsiylə tam səlahiyyət verib. Baş məşqçinin postunda qalıb fəaliyyətini sürdürməsinə izn verənlər arzulanan nəticə vədi fonunda ona tələsmədən öz komandasını formalaşdırmaq imkanı yaradıb. Bu isə o deməkdi ki, sezon ərəfəsində "Neftçi"yə üz tutacaq yerli və əcnəbi oyunçuların kimliyinə şəxsən Elxan bəy qərar verəcək.
Özünə lazım olmayan bəzi futbolçuları paytaxta dönmədən yola salan mütəxəssis Bakıya qayıdana qədər klubda heç bir rəsmi müqavilə olmayacaq. İyunun 3-dən sözügedən camiədə canlanma seziləcək. Bakılıların 2017/18 mövsümünə azı 4-5 ciddi dəyişikliklə başlayacağı isə dəqiqdi.
Fanat.Az