"Səbail" yeni forvardla müqavilə imzalayıb. Fanat.Az xəbər verir ki, Premyer Liqanın debütantının çalışdırıcısı oyununu şəxsən bəyəndiyi Raul Yaqubzadəyə elitada oynamaq şansı yaradıb.
Son mövsümü birinci divizion klublarından olan "Mil-Muğan"da keçirən Raul Yaqubzadə dünən ikiillik müqaviləyə imza atıb.
Qeyd edək ki, 1994-cü il doğumlu Yaqubzadə "Bakı"nın yetirməsidi. O, potensialını tam açmamış istedadlardan sayılır.
Fanat.Az