Türkiyə Super Liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Konyaspor"u qəbul edib.
Oyun 0:0 hesabı ilə başa çatıb. Cihan matçın iştirakçısı olmayıb. Millimizin üzvü qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.
Qeyd edək ki, "Sivasspor" 3 turda 2 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.az