"Sumqayıt" VII turun "Simurq"la oyununa tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov bu oyunda Bəxtiyar Həsənalızadənin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb onun cəzalı duruma düşməsidi. AZAL-la matçın 48-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanan Bəxtiyar limiti doldurub. Bu səbəbdən o, "Simurq"la matçı buraxmalı olacaq.
Qeyd edək ki, Bəxtiyar bundan əvvəl "Qarabağ", "İnter" və "Bakı" ilə oyunlarda da sarı vərəqə almışdı.
Fanat.az