15:28 03.06.2017 665

Azərbaycanlı Kliçkonu yenən britaniyalı boksçuya əlcək atdı

İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidov böyük britaniyalı olimpiya çempionu, peşəkarlar arasında İBF, WBA və İBO versiyaları üzrə kəmər sahibi Entoni Coşuaya mesaj göndərib.

 

31 yaşlı idmançı "Report"a açıqlamasında 2011-ci il dünya çempionatının finalında yendiyi Coşua ilə peşəkar rinqdə də döyüşməyə hazır olduğunu bildirib.

Təcrübəli dəri əlcək sahibi deyib ki, britaniyalı rəqibinin bu yaxınlarda ukraynalı Vladimir Kliçkonu da yenərək, hər 3 kəmərə yiyələnməsi onu qorxutmur: "İndiyədək Entoni ilə cəmi bir dəfə döyüşmüşəm. Bu da 6 il əvvəl Bakıda keçirilmiş dünya çempionatının finalında baş verib. Həmin vaxt xal hesabı ilə qalib gələrkən, ağlıma da gəlməzdi ki, Coşua peşəkar boksda Kliçkonu məğlub edəcək. Final döyüşüm zamanı özümü düşünürdüm. Qalib gəldim, vəssalam! İndi isə görürəm ki, artırıb, məşqlər edib. Yalnız tərif demək olar. Afərin! Onun Kliçko ilə qarşılaşmasına baxdım. Yaxşı döyüş oldu. Belə döyüşlər peşəkarlar arasında çox az olur. Yenə də onunla görüşmək istərdim. Niyə də yox?! Coşua ilə döyüşməyin əleyhinə deyiləm. Düşünmürəm ki, ondan zəifəm, uduzaram. Hətta günü sabah da döyüşməyə hazıram".


Rəsulovun fikrincə, hər şey hazırlıqdan asılıdır: "Kim yorulmadan hazırlaşırsa, nəticə də verir. Hər kəs öz parametrlərindən istifadə etməlidir. Onun da uca boyu var. Mən isə zədəmi sağaltsam, tam hazırlıqlı olacağam".


Bununla belə, titullu boksçu bildirib ki, peşəkarlar arasında döyüşməsi üçün Azərbaycan Boks Federasiyasının razılığını almaq lazımdır. O, hazırda yüksək məbləğlər qarşılığında təkliflərin olmasına baxmayaraq, təmsil etdiyi ölkəyə sadiq qalacağını vurğulayıb: "Yaxşı təkliflər indi də gəlməkdədir. Yüksək məbləğ verərək, peşəkar boksa keçməyimi istəyirlər. Amma Azərbaycan məni ayağa qaldırıb, maddi və mənəvi dəstək verib. Ona görə də rahatca çıxıb gedə bilmərəm. Nə qədər tələb edəcəklərsə, o qədər qalacağam və Azərbaycan adından döyüşəcəyəm. Öz istəyimlə peşəkar boksa keçməyəcəyəm. Amma razılıq olsa, Azərbaycanı peşəkar boksda təmsil etməyim mümkündür. Hələlik ölkədə məni əvəzləməyə, Avropa və dünya çempionu olmağa qadir ağır çəkili boksçu yoxdur. Getsəm, ən ağır çəkidə heç kim olmayacaq".


Qeyd edək ki, Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində 2011 və 2013-cü il dünya çempionatlarında qızıl medal qazanıb. O, 2013-cü ildə həm də Avropa çempionu olub. Eyni zamanda Məcidov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi, 2012-ci il London Yay Olimpiya Oyunları və "Bakı 2015" I Avropa Oyunlarının bürünc mükafatçısıdır. 


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

Facebookdan bizi izləməyi unutmayın.
X