Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov “Sumqayıt”a keçidindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mənə başqa ölkələrdən də təkliflər var idi. Adlarını çəkməyəcəm. Sadəcə, Ukrayna, Belarus və Türkiyə klubları olduğunu deyə bilərəm. Amma mən Azərbaycanda qalmağa qərar verdim. Aqil Məmmədovla yaxşı münasibətimiz var. Ona görə də komandasına kömək etmək istədim. Fikrimcə, növbəti mövsümdə “Sumqayıt”ın özünü ən yaxşı tərəfdən göstərməsi üçün şansı olacaq”.
İdman24.az