AFFA İntizam Komitəsi tərəfindən 1 illik cəzalandırılan "Mil-Muğan"ın baş məşqçisi Mətləb Məmmədov işdən kənarlaşdırılıb. Fanat.az xəbər verir ki, İmişli klubu artıq yeni baş məşqçisinin kimliyini də müəyyənləşdirib.
Komandaya bundan sonra Xaliq Mustafayev başçılıq edəcək. Yerli məşqçi olan Mustafayev hələ "MKT-Araz"da komandanın o vaxtkı baş məşqçisi ukraynalı İqor Nakoneçnının köməkçilərindən biri kimi çalışmışdı. Sonradan komanda I divizionda çıxş edərkən də baş məşqçi postunu tutmuşdu.
Fanat.az