Bu gün futzal üzrə Azərbaycan çempionatının güclülər dəstəsi 2 oyunla start götürüb. Fanat.az xəbər verir ki, ilk oyundaca aləm bir-birinə dəyib.
İlk turun açılış matçında ölkə çempionu "Araz" "Qarabağ Veteranları"nı 11:1 hesabı ilə darmadağın edib.
Günün 2-ci qarşılaşmasında isə "Xəzər Aylands" "Fener"lə görüşdə qalmaqal yaradıb. Hesabda geri düşən çempionatın debütantının baş məşqçisi Elnur Qəmbərov məğlubiyyətin günahını hakimlərdə axtarmağa başlayıb. Qalmaqal yaradan gənc çalışdırıcı daha sonra komandasını meydandan çıxarmaq qərarına gəlib.
Lakin futzal federasiyasının prezidenti Zaur Axundovun müdaxiləsindən sonra oyun davam etdirilib və "Fener" 4:3 hesablı qələbəni bayram edib.
Fanat.az