Topaz Premyer Liqasında VII tura start verilib. Fanat.az xəbər verir ki, millinin oyunlarına görə yaranacaq fasilədən öncəki son turun ilk oyun günündə 3 matç baş tutub.
"Neftçi" "Qarabağ"ı qəbul edib. Azərbaycan derbisində azarkeşlər 4 qol izləyib. Hesabı 36-cı dəqiqədə penaltidən Riçard Almeyda açıb. 76-cı dəqiqədə Muarem Muarem fərqi iki topa çatdırıb. 83-cü dəqiqədə Vüqar Nadirov rəqib qapısına yol tapıb. 87-ci dəqiqədə isə Ernst Nfor "Neftçi"nin təsəlli qoluna imza atıb və "Qarabağ" 3:1 hesablı qələbə qazanıb.
"Bakı" "Araz Naxçıvan"ı sınağa çəkib. Hesabı 28-ci dəqiqədə Tural Qürbətov açıb. 50-ci dəqiqədə Elmin Çobanov bərabərliyi təmin edib. 77-ci dəqiqədə isə Nuran Qurbanov "Bakı"nın qələbə qoluna imza atıb - 2:1. Bununla da paytaxt təmsilçisi mövsümün ilk qələbəsini qazanıb. "Araz Naxçıvan" isə ardıcıl 5-ci məğlubiyyətini alıb.
Günə AZAL - "İnter" oyunu ilə yekun vurulub. Ötən tur "Sumqayıt"ı yenən "təyyarəçilər" bu dəfə dlideri büdrədib - 1:1. Hesabı 4-cü dəqiqədə Kərim Diniyev açıb. 76-cı dəqiqədə isə Premyer Liqanın bombardiri Mikel Alvaro bərabərliyi təmin edib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Qəbələ" "Xəzər Lənkəran"ı, "Simurq" "Sumqayıt"ı qəbul edəcək.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, VII tur
27 sentyabr
Neftçi - Qarabağ 0:3
Qollar: Ernst Nfor, 87 - Riçard Almeyda, 36-pen. Muarem Muarem, 76. Vüqar Nadirov, 83.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 75), 10. Julius Vobay (9. Flavinyo, 46), 14. Elnur Allahverdiyev, 15. Erik Ramos (11. Nikolas Kanales, 64), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 27. Məqsəd İsayev, 90. Ernst Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 20. Riçard Almeyda (6. Hacı Əhmədov, 85), 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 61), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (10. Muarem Muarem, 63).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 18. İlqar Qurbanov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqə: yoxdu.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2000 tamaşaçı.
Bakı - Araz Naxçıvan 2:1
Qollar: Tural Qürbətov, 28. Nuran Qurbanov, 77 - Elmin Çobanov, 50.
Bakı: 1. Aqil Məmmədov, 19. Elton Hüseynov, 6. Vüqar Bəybalayev, 3. Yure Travner, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 7. Nuran Qurbanov (17. Elmin Ələsgərli, 90+2), 8. Lukas Mario Horvat (k), 18. Əziz Quliyev (45. Mahir Mədətov, 66), 11. Tural Qürbətov (20. Valeh Seyidov, 87), 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 21. Elşad Manafov, 15. Azad Kərimov, 4. Ülvi Süleymanov.
Baş məşqçi: İbrahim Uzunca.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 2. Tural Hümbətov, 7. Ramal Hüseynov, 10. Eşqin Quliyev (6. Budaq Nəsirov, 57), 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov (8. Elmin Çobanov, 46), 20. Ruslan Zubkov, 21. David Canelidze, 44. Saşa Yunisoğlu (15. Ruslan Nəsirli, 90+1), 91. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Emin Cəfərquliyev, 16. Kamil Hüseynov, 35. Zaman Abbaslı.
Baş məşqçi: Əsgər Abdullayev.
Sarı vərəqələr: Eltun Hüseynov, 47 (qeyri idman hərəkəti). Nuran Qurbanov, 90 (hakim qərarına etiraz) - Budaq Nəsirov, 71 (qeyri idman hərəkəti). Ramal Hüseynov, 90+1 (qeyri idman hərəkəti).
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Bakı”nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.
AZAL - İnter 1:1
Qollar: Kərim Diniyev, 4 - Mikel Alvaro, 76.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Eduardo Konseysao, 12. Luis Ramos (17. Viktor İbekoyi, 76//7. Təmkin Xəlilzadə, 90+1), 11. Con Kordoba (10. Tomi Kostadinov, 68), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 6. Slavko Georgievski, 11. Asif Məmmədov (27. Dieqo Madriqal, 46), 12. Junior Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (8. Mikel Alvaro, 75), 80. Nizami Hacıyev (10. Elvin Məmmədov, 62), 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 7. Abdulla Abatsıyev, 15. Yohan Bokanyano, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Eltun Yaqublu, 18 (qeyri idman hərəkəti). Luis Ramos Kolon, 28 (qeyri idman hərəkəti). Eduardo, 32 (qeyri idman hərəkəti). Şəhriyar Rəhimov, 56 (qeyri idman hərəkəti) - Nizami Hacıyev, 58 (qeyri idman hərəkəti). Coşqun Diniyev, 73 (qeyri idman hərəkəti). Səlahət Ağayev, 81 (qeyri idman hərəkəti). Arif Daşdəmirov, 82 (qeyri idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Asim Xudiyev.
“AZAL Arena”. 350 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | İnter | 7 | 4 | 2 | 1 | 20:4 | 14 |
2 | Sumqayıt | 6 | 4 | 0 | 2 | 8:7 | 12 |
3 | Qarabağ | 6 | 3 | 2 | 1 | 9:6 | 11 |
4 | Neftçi | 6 | 3 | 1 | 2 | 5:7 | 10 |
5 | Qəbələ | 6 | 3 | 1 | 2 | 6:7 | 10 |
6 | AZAL | 6 | 2 | 2 | 2 | 5:8 | 8 |
7 | Xəzər L | 6 | 2 | 1 | 3 | 4:5 | 7 |
8 | Simurq | 5 | 2 | 0 | 3 | 6:5 | 6 |
9 | Bakı | 6 | 1 | 1 | 4 | 5:15 | 4 |
10 | Araz N | 6 | 1 | 0 | 5 | 5:9 | 3 |
Bombardirlər: | Mikel Alvaro (İnter) - 5. Rəşad Eyyubov (Simurq), Məhəmməd Qurbanov, Baçana Tsxadadze (İnter) - 3. |
Fanat.az