"Neftçi" Premyer Liqanın VII turunda "Qarabağ"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Arif Əsədov start heyətini açıqlayıb.
Baş məşqçi "Qəbələ" matçı ilə müqayisədə 3 dəyişiklik edib. Cəzasını başa vuran Saşa Stamenkoviç heyətə dönüb. Əvəzində Emil Balayev ehtiyata düşüb. Zədə alan Flavinyo və Nikolas Kanales da "11-liy"ə düşməyib. Hər iki futbolçu ehtiyatda qalıb. Onların əvəzində Erik Ramos və zədəsini sağaldan Ernst Nfor idk dəqiqələrdən meydanda olacaq.
Fanat.az