"Bakı" Premyer Liqanın VII turunda "Araz Naxçıvan"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki baş məşqçi start heyətlərini açıqlayıb.
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca 0:7 hesabı ilə uduzduqları "İnter" matçı ilə müqayisədə start heyətində 3 dəyişiklik edib. Baş məşqçi Elşad Manafov, Mikayıl Rəhimov və Risto Ristoviçə bu dəfə "11-lik"də şans verməyib. Əvəzində Georgios Palagios, Cəmşid Məhərrəmov və Tural Qürbətov heyətə dönüb. Elşad ehtiyatda qalıbsa, Mikayılla Risto "18-liy"ə düşməyib.
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev isə 2 dəyişikli edib. Emin Cəfərquliyevlə Qərib İbrahimova şans verməyən baş məşqçi Əlimirzə Daşzərini və Eşqin Quliyevə start heyətində şans verib. Əlmirzə ehtiyatda qalıb, Qərib "18-lik"də yer almayıb.
Fanat.az