Əsgər Abdullayev "Bakı" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Araz Naxçıvan”ın baş məşqçisi istefa vermək istədiyini deyib:
“Bu oyunla bağlı heç nə deməyəcəyəm. Nəsə danışmaq çətindi. Bu günə kimi belə hadisələrlə üzləşməmişəm. Çox çətindi, yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm".
Fanat.az