Premyer Liqanın VII turunda "Bakı"ya yenilən "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayevin istefa vermək istəyi ilə bağlı məlumat vermişdik. Ardıcıl 5 oyunda uduzan komandanın çalışdırıcısı "Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm" demişdi.
Əsgər Abdullayevin bu qərarına azarkeşlərin onu istefaya səsləməsi olub. Baş məşqçi oyundan sonra klub rəhbərliyi ilə danışıb. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan" rəhbərliyi istefanı qəbul etməyib və baş məşqçi öz postunda qalıb.
Fanat.az