"Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: Naxçıvanda futbol olmayanda harda idiz? İndi baş məşqçini istefaya səsləyirsiz. Əsgər müəllim I divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdız. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harda idiz?" Fanat.az xəbər verir ki, bu sözləri "Araz Naxçıvan"nın prezidenti Orxan Cabbarov deyib.
Əsgər Abdullayevin istefasını qəbul etməyən klub prezidenti azarkeşləri günahlandırıb: "Günahı baş məşqçidə axtarmaq yox, komandaya dəstək olmaq lazımdı. Necə ki, ötən mövsüm dəstək olmusunuz. Əsgər Abdullayevi komandanın başına gətirəndə heç bir azarkeşdən məsləhət alınmayıb ki, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin. Komandaya dəstək olan hər bir azarkeşimizə xüsusi hörmətimiz var. Əsgər Abdullayevin istefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi "Araz Naxçıvan"da baş məşqçi kimi fəaliyyət göstərəcək. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik".
Fanat.az