“Diqqətimiz Şimali İrlandiya ilə oyundadı. Qələbə qazanacağımız halda qrupda ikinci pilləyə qalxacağıq". Fanat.Az xəbər verir ki, bu sözləri Xorvatiya mətbuatına danışan Robert Prosineçki deyib.
Yığmamızın çalışdırıcısı "Bursaspor"dan aldığı təklif barədə də fikir səsləndirib: "Mətbuatda çox şey yazılır. Amma heç yerə getməmişəm. Hə, 3 ay əvvəl danışıq aparmışdıq. Hazırda bu yöndə nəsə dəyişməyib. Çünki AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var. Millidə böyük işlər görmüşük. Mən gələndə FİFA-nın reytinq sıralamasında 132-ci olan Azərbaycan indi 76-cı pillədədi. Türkiyəyə gedəcəyimlə bağlı yayılan informasiyaların komandanın motivasiyasına mənfi təsir etməsini istəmirəm. Sonrasını zaman göstərəcək”.
Fanat.Az