"Araz Naxçıvan"ın futbolçusu Saşa Yunisoğlu uğursuz çıxışa görə üzr istəyib. Fanat.az xəbər verir ki, futbolçu azarkeşlərə söz verib:
"Həm komanda, həm də öz adımdan bizlərdən qələbə gözləyən, narahatçılıq keçirən azarkeşlərdən və rəhbərlikdən "Bakı"dan alınan məğlubiyyətə görə üzr istəyirəm. Bəhanə axtarmaq istəmirəm. Tablodakı hesab hər şeyi başa salır. Biz futbolu azarkeşlər üçün oynayırıq və "Araz"sevərləri qələbələrlə sevindirə bilmədiyimiz üçün narahatıq. Komandamız yenidi və bu Premyer Liqada ilk ilimizdi. Hələ heç nə itirilməyib. Söz verirəm ki, var gücümüzlə mübarizə aparıb komandanı qara zolaqdan çıxaracağıq. Xahiş edirəm bu keçid dövründə dəstəyinizi əsirgəməyin".
Fanat.az