Topaz Premyer Liqasında VII tura yekun vurulub. Fanat.az xəbər verir ki, millinin oyunlarına görə yaranacaq fasilədən əvvəlki son gündə 2 matç baş tutub.
Günün ilk oyununda "Simurq" "Sumqayıt"ı qəbul edib. Zaqatala klubu son 3 oyunda xala həsrət qalmışdı. Çixradzenin yetirmələri "Xəzər Lənkəran" üzərində qələbədən sonra "Neftçi" (1:2), "Qəbələ" (1:2) və "Qarabağ"a uduzmuşdu. Bu oyun onlar üçün dönüş nöqtəsi hesab olunurdu. Lakin "Simurq" oyuna heç də yaxşı başlamayıb. 36-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Məhəmməd Qurbanov qonaqları hesabda önə keçirib. 58-ci dəqiqədə Orxan Əliyev fərqi iki topa çatdırıb. Bundan sonra sanki yuxudan oyanan zaqatalalılar 3 qol vuraraq əzmkar qələbə qazanıblar. 61-ci dəqiqədə Adam Banaş fərqi azaldıb. 74-cü dəqiqədə İlkin Qırtımov bərabərliyi təmin edib. İki dəqiqə sonra isə Marko Stanoyeviç qələbə qolunu vurub - 3:2.
Tura "Qəbələ" - "Xəzər Lənkəran" matçı ilə yekun vurulub. Qəbələdə baş tutan oyunda iki qol qeydə alınıb. 47-ci dəqiqədə Cavid Hüseynov meydan sahiblərini hesabda önə keçirib. Məğlubiyyətlə barışmayan "Xəzər Lənkəran" hücumlarını davam etdirib və 84-cü dəqiqədə hesab bərabərləşib. Deyan Blajevski rəqib qapısına yol tapıb - 1:1. Bununla "Qəbələ" hesabına 11-ci xalı yazıb. Ötən tur "Araz Naxçıvan"ı yenən "Xəzər Lənkəran" isə bu mövsüm ilk dəfə ardıcıl iki oyunda xal qazanıb. Lənkəran klubunun aktivində 8 xal var.
Qeyd edək ki, turun 3 oyunu dünən keçirilib. "Qarabağ" "Neftçi"ni 3:1, "Bakı" "Araz Naxçıvan"ı 2:1 hesabı ilə yenib, AZAL - "İnter" oyunu 1:1 hesabı ilə başa çatıb.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, VII tur
28 sentyabr
Simurq - Sumqayıt 3:2
Qollar: Adam Banaş, 61. İlkin Qırtımov, 74. Marko Stanoyeviç, 76 - Məhəmməd Qurbanov, 36-pen. Orxan Əliyev, 58.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 6. Samir Zərgərov (13. Ali Gökdemir, 46), 9. Lukas Tresnak, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak (8. Patrik Osiako, 46), 18. Tural Axundov (25. Oruc Balaşlı, 66), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: George Çixradze.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (11. Kiyan Sultanpur, 64), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov (86. Fərid Quliyev, 78), 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev (10. Tərzin Cahangirov, 72).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Rəşad Eyyubov, 22 (qeyri idman hərəkəti). Amil Ağacanov, 35 (qeyri idman hərəkəti). Samir Zərgərov, 43 (qeyri idman hərəkəti) - Ramazan Abbasov, 45 (sistematik qayda pozuntusu). Orxan Əliyev, 47 (qeyri idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.
Qəbələ - Xəzər Lənkəran 1:1
Qollar: Cavid Hüseynov, 47 - Deyan Blajevski, 84.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 7. Ruslan Əmircanov, 11. Andrey Kristea (9. Viktor Mendi, 67), 12. Aleksandru Benqa, 14. Cavid Hüseynov (16. Ruslan Tağızadə, 86), 15. Ruslan Abışov, 21. Yazalde de Pinto, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Şirməmməd Məmmədov, 13. Murad Musayev, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Dorinel Muntyanu.
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov (99. Deyan Blajevski, 83), 7. Sadio Tounkara, 8. Qalin İvanov (28. Fernando Qabriel, 70), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 33. Rasim Ramaldanov (18. Tural Cəlilov, 46), 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 10. Elnur Abdullayev, 13. Aleksandr Şemonayev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Oğuz Çətin.
Sarı vərəqələr: Cavid Hüseynov, 41 (hakim qərarına etiraz etdiyinə görə). Elvin Camalov, 49 (qeyri idman hərəkəti); Aleksandru Benqa, 58 (qeyri idman hərəkəti). Ruslan Abışov, 70 (qeyri idman hərəkəti) - Rasim Ramaldanov, 21 (sistematik qayda pozuntusu). Vanderson Skarduelli, 80 (qeyri idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. Saat 19.00.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | İnter | 7 | 4 | 2 | 1 | 20:4 | 14 |
2 | Sumqayıt | 7 | 4 | 0 | 3 | 10:10 | 12 |
3 | Qarabağ | 6 | 3 | 2 | 1 | 9:6 | 11 |
4 | Qəbələ | 7 | 3 | 2 | 2 | 7:8 | 11 |
5 | Neftçi | 6 | 3 | 1 | 2 | 5:7 | 10 |
6 | Simurq | 6 | 3 | 0 | 3 | 9:7 | 9 |
7 | Xəzər L | 7 | 2 | 2 | 3 | 5:6 | 8 |
8 | AZAL | 6 | 2 | 2 | 2 | 5:8 | 8 |
9 | Bakı | 6 | 1 | 1 | 4 | 5:15 | 4 |
10 | Araz N | 6 | 1 | 0 | 5 | 5:9 | 3 |
Bombardirlər: | Mikel Alvaro (İnter) - 5. Məhəmməd Qurbanov - 4. Rəşad Eyyubov (Simurq), Baçana Tsxadadze (İnter), Cavid Hüseynov (Qəbələ) - 3. |
Fanat.az