"Qəbələ" Premyer Liqanın VII turunda "Xəzər Lənkəran"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanu start heyətini açıqlayıb.
Rumın mütəxəssis "Neftçi" matçı ilə müqayisədə "11-lik"də 4 dəyişiklik edib. Sarı vərəqə limitini dolduran Adrian Ropotan məcburiyyətdən kənarda qalıb. Onunla yanaşı, Markus Vidal, Viktor Mendi və Ekiqo Ehiosun da start heyətində yer almayıb. Əvəzində Elvin Camalov, Andrey Kristea, Aleksandru Benqa və Yazalde de Pinto ilk dəqiqələrdən meydanda olacaq. Viktor Mendi və Ekiqo Ehiosun ehtiyatda qalıbsa, Markus Vidal "18-liy"ə düşməyib.
Fanat.az