"Turan"ın sabiq baş məşqçisi Naci Şensoyun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, mütəxəssis Türkiyə Super Liqasında çalışmağa başlayıb.
O, Super Liqa təmsilçisi "Gənclərbirliyi"ndə yeni baş məşqçi İrfan Buzun köməkçisi təyin olunub. Şensoy son turda "Balıkesirspor"u 3:1 hesabı ilə yendikləri matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçini əvəz edib: "Yeni işimizə qələbə ilə başlamaq bizim üçün yaxşı oldu. Gələcəkdə görmək istədiyimiz çox iş var".
Qeyd edək ki, Şensoy 2002-2003 və 2004-2005-ci illərdə "Turan"a başçılıq edib. Daim qalmaqallı açıqlamaları ilə gündəmə gələn 56 yaşlı mütəxəssis hətta bir dəfə AFFA-nın binasını partlatacağını da demişdi.
Fanat.az