“Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub. Fanat.az xəbər verirk i, cari mövsümdə qələbə qazanmayan yeganə komanda olan paytaxtın eyniadlı təmsilçisi VII turun “Araz Naxçıvan”la qarşılaşmasında 3 xal əldə edib - 2:1.
Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən bakılılar mayın 17-də “Rəvan”a qalib gəlmişdi - 3:2. Növbəti çempionat qələbəsini 133 gün gözləyən “Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi. Bu qarşılaşmalarda cəmi 1 xal qazanan paytaxt təmsilçisinin mövsümdəki ilk qələbəsi həm də baş məşqçi İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk dəfə 3 xala sevinib.
pfl.az