"Neftçi” iki futbolçu transferini rəsmiləşdirib. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.
26 yaşlı Mirzəbəyov 2015-ci ildən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011 - 2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.
Qeyd edək ki, Mirzəbəyov son mövsümü "Qəbələ", Əzizli isə "Səbail"də keçirib.
Fanat.Az