Topaz Premyer Liqasının VII turunda "Sumqayıt"la qarşılaşan "Simurq" istirahət etmədən növbəti oyunun hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, səhər saatlarında məşqə çıxan Zaqatala təmsilçisinin heyətində dünənki matçda forma geyinən futbolçular qaçış və isinmə hərəkətlərindən sonra istirahətə çəkilib.
Digərləri isə kiçik qapılarda ikitərəfli oyunla çalışmaları tamamlayıb. "Simurq" sabah Zaqataladakı hazırlıqları bitirərək paytaxtda yola düşəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasında millinin oyunlarına görə 3 həftəlik fasilə yaransa da, "Bakı" və "Simurq" I turdan təxirə salınmış matça çıxacaq. Oktyabrın 2-də baş tutacaq oyunun start fiti saat 16.00-da çalınacaq.
Fanat.az