00:00 30.09.2014 449

"Araz Naxçıvan" azarkeşindən prezidentə cavab

























"Araz Naxçıvan"ın prezidenti Orxan Cabbarov "Bakı"ya 1:2 hesablı məğlubiyyətdən sonra istefa verən Əsgər Abdullayevi postunda saxlamaqla yanaşı, azarkeşlərə qarşı da sərt ittihamlar səsləndirmişdi. Fanat.az xəbər verir ki, "Nəqşicahan" azad azarkeş qrupunun rəhbəri Yağmur İbrahimov "Facebook" səhifəsindən klub prezidentinə cavab verib. Onun cavabını olduğu kimi təqdim edirik.

Dəyərli “Araz-Naxçıvan” azarkeşləri, “Nəqşicahan”lılar!

Bildiyimiz kimi geridə qalan 7 tur ərzində sevimli komandamız 6 dəfə meydana çıxıb ki, onu da 5 dəfə meydandan məğlub ayrılıb. Təbii ki, bu nəticələr biz azarkeşləri razı salmır. Xüsusən də sonuncu oyunu qeyd etmək lazımdır ki, yarımcan “Bakı” komandamızı “al-qan”a boyadı. Oyunun sonunda yaşananlar isə 5 oyunda yığılıb qalmış əsəblər idi ki, sonda gərilib pik həddə çatdı. 

Gələk əsas məsələyə. Oyunun bitməsindən 2 saat keçməmiş, hələ Əsgər Abdullayev evinə çatmamış verdiyi istefa qəbul olunmadı. Və bu dəfə klubun prezidenti günahı özlərində axtarmaq əvəzinə azarkeşləri hədəfə aldı. Biz azarkeşlər indiyədək məhz klubun təsisçisi olduğu Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, şəxsən nazir Azad Cabbarovun biz azarkeşlərə göstərdiyi diqqətə, sayğıya görə Orxan Cabbarovun dəfələrlə bizim haqqımızda dediklərinə cavab vermirdik ki, cənab nazir bizimlə yaxşı münasibətdədirsə, bunu “udmaq” olar. Biz bunu əsas tutaraq gələcəyə böyük ümidlə baxırdıq. Amma təəssüf. 

İndi Orxan Cabbarovun klubun rəsmi saytında onun adından yayımlanan fikirlərinə cümləbəcümlə cavab verəcəm.

1. Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: “Naxçıvanda futbol olmayanda harda idiz? İndi baş məşqçini istefaya səsləyirsiz” - Stadionlarda digər komandaların oyunlarına baxıb, Naxçıvanda yenidən futbolun nə vaxt bərpa olunacağının həsrətində idik. Çox sağ olsun ki, Muxtar Respublika rəhbərliyi uzun illərin həsrətinə son qoydu, komandanın bərpası barədə göstəriş verildi. Biz olduğumuz yeri dedik, bəs o zaman siz harda idiniz, cənab Orxan Cabbarov?
2. Əsgər müəllim birinci divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdız - Bəli, alqışlayırdıq. Bununla yanaşı etirazımızı da edirdik. Əgər unutmamısınızsa, ikinci dövrədə, “Lokomotiv”lə oyundan öncə sizlərə məktub ünvanlamışdıq, 1-0 hesablı qələbələrdən əl çəkin demişdik. Oxuyub alovlanmışdınız. Haqqımızda işlətdiyiniz təhqirlər qulağımıza gəlib çatırdı. Heç olmasa, o məktubdan sonra “Araz-Naxçıvan”ın rəqib qapılarına vurduğu qolların statistikasına bir baxın, cənab Orxan Cabbarov!
3. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harda idiz? - Biz həmin oyunun başlanmasından öncə stadionda idik. Bəs siz harda idiniz? Oyunun ikinci dəqiqəsində stadiona gəlib, oyun bitən kimi “555” nömrəli BMW ilə qaçan siz idiniz. Elə ürəkli prezident idiniz, Əsgər Abdullayevə qarşı söylənilən “İstefa” şüarlarının qarşısına çıxardınız. Yadımıza düşmüşkən, komanda birinci divizionda oynayarkən, “Qaradağ-Lökbatan” - “Araz-Naxçıvan” oyununa 15 dəqiqə gec gələn də məhz siz idiniz. Bəlkə də unutmuşsunuz, amma bizlər unutmamışıq. Çünki o qarlı-çovğunlu havada biz çöldə “Qırmızı-bəyaz” qışqıranda, siz sonradan oyuna gəlib isti otaqda çay içirdiniz. Əminik ki, heç oyuna da baxmırdınız, cənab Orxan Cabbarov!
4. Günahı baş məşqçidə axtarmaq lazım deyil, sadəcə komandaya dəstək olmaq lazımdır, necə ki, ötən mövsüm dəstək olmusunuz - Sənin bildiyin futbol budur bax. Komanda 5 oyun ardıcıl məğlub olur, baş məşqçidə günah axtarmırsan. Biz də axtarmırıq. Çünki o komandada ilk və tək istefaya getməli adam sizsiniz, cənab Orxan Cabbarov!
5. Əsgər Abdullayevi komandanın başına gətirəndə heç bir azarkeşdən məsləhət alınmayıb, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin - Heç səndən də məsləhət alınmamışdı, cənab Orxan Cabbarov. Yoxsa sənin xəbərin var idi? Sən Əsgər Abdullayevi tanıyan vaxtacan Azərbaycan futbolunda belə adamın varlığından xəbərdar idinmi, cənab Orxan Cabbarov?
6. Komandaya dəstək olan hər bir azarkeşimizə xüsusi hörmətimiz var - ...Sənin bu yazın söz yığınından başqa bir şey deyil. Yuxarıdakı cümlədə azarkeşi saya almırsan, indi təşəkkür edirsən. Sənin bu təşəkkürün daldan atılan daş topuğa ilişər məsəlini xatırladır. İndiyə qədər bir dəfə də olsun, yarım saat azarkeşlə üzbəüz oturub söhbət etmək iqtidarında və bacarığında olmayan sənsən, cənab Orxan Cabbarov!
7. Əsgər Abdullayevin istefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi "Araz-Naxçıvan"da baş məşqçi kimi fəaliyyət göstərəcək - Möhtəşəm fikirlər və operativlik işıq sürətilə cərəyan edir. Heç bir dünya klubunda belə operativlik yoxdur. Əsgər Abdullayevin istefa vermək istəyini dilə gətirməsindən 2 saat keçməmiş cənab Orxan Cabbarovun fikirlərinin yayılması operativliyin bir nümunəsidir. Harda oturub fikirləşdin bunu? Harda qərara gəldin? Yoxsa oyundan sonra oturub getdiyin “BVW”də verdin o qərarı, cənab Orxan Cabbarov?
8. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik - Uzadın, bacardığınız qədər də uzadın. Əldə edəcəyiniz tək şey “Araz-Naxçıvan”ın biabırçı məğlubiyyətlərinin ard-arasının kəsilməyəcəyinin xəbərçisidir və komandanın birinci divizona qayıtmağının ilk addımlarıdır. 
Cənab Orxan Cabbarov! Bizlər “ARAZ-NAXÇIVAN”ı sənə görə tanıyıb sevməmişik, sənə görə də dəstəyimizi əsirgəmək niyyətində deyilik. 

Dərin hörmət və ehtiramla “Nəqşicahan” AAK İH-nin sədri Yağmur İbrahimov

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X