AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının VII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"İnter"in baş məşqçisi Rüstəm Əliyev AZAL-la oyunda texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. İntizam Komitəsi onu 1 oyunluq cəzalandırıb, klubu 500 manat cərimə edib.
"Bakı" ilə oyunun 90+3-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk etməli olan "Araz Naxçıvan"ın futbolçusu Əbülfəz Hacıyevin də cəzası 1 oyun olub. Naxçıvan klubu buna görə 100 manat ödəyəcək.
Bundan başqa "Neftçi" və "Araz Naxçıvan" 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 500 manat cərimələnib.
Fanat.az