AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Mil-Muğan” matçının 25-ci dəqiqəsində “Energetik”in futbolçusu Orxan Əlibalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub.
"Ağsu" "Turan-T" ilə oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimələnib.
Fanat.az