Milli komandamızın daha bir üzvü İtaliya və Xorvatiya ilə oyunları buraxa bilər. Fanat.az xəbər verir ki, "Qəbələ"nin futbolçusu Ruslan Abışov zədədən əziyyət çəkir.
Ayağında ağrılar olan futbolçuya həkimlər iki həftə istirahət etməyi tapşırıb. Əks halda vəziyyəti daha da ağırlaşa bilər. Berti Foqts böyük ehtimalla, Ruslanı qarşıdakı oyunlarda meydana buraxmayacaq.
Qeyd edək ki, Foqts Rəşad Sadıqovu, Vaqif Cavadovu, Maşir Şükürovu və Cihan Özkaranı milliyə dəvət etməyib.
Fanat.az