"Barselona"nı tərk edəcək futbolçuların siyahısı müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Sport" qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, Rafinya, Lukas Diqne və Aleyks Vidalın komandanı tərk etmək ehtimalı 40, Ceremi Matyunun 50 faizidi. "Barselona"dan ayrılmaq ehtimalı 80 faiz olan futbolçular isə Arda Turan və Serj Samperdi.
Qeyd edək ki, dünən Arda Turanın meneceri onun "Barselona"nı tərk etməyəcəyini bildirmişdi.
Fanat.Az