“Bakı”nın Avstriyadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, sabah “zolaqlılar”ın düşərgəsinə daha üç futbolçu qoşulacaq.
Bunlar azərbaycanlı futbolçular – Elvin Məmmədov, Cavid Hüseynov və Aqil Məmmədovdur.
Qeyd edək ki, adı çəkilən oyunçular Bakıda təşkil olunmuş hərbçilər arasında dünya çempionatında Azərbaycan millisinin heyətində çıxış edirdi. Artıq mundial başa çatdığı üçün onlar da klublarının düşərgəsinə yollanmalı olacaqlar.
İdman24.az