“Çempionlar Liqasındakı hər bir oyun çətindi. Rəqibimiz son illərdə çox güclü inkişaf edib. Amma bu, o demək deyil ki, biz məğlubiyyətlə barışmalıyıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Skenderbeu”nun qapıçısı Orgis Şehi deyib.
Albaniya çempionunun üzvü Bakıda heç-heçə etmək istədiklərini bildirib: “Bizim öz hədəflərimiz var. Öz oyunumuzu sərgiləyəcəyik. Səfərdə heç-heçə etsək, bu, bizim üçün çox yaxşı nəticə olacaq”.
İdman24.az