Topaz Premyer Liqasının VIII turunda AZAL-ı qəbul edəcək olan "Araz Naxçıvan" hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, dünəndən etibarən Naxçıvanda bir araya gələn komandanın heyətində zədəli futbolçular geri qayıdıb.
Belə ki, son turları azarkeş kimi izləyən Tərlan Xəlilov, Azər Məmmədov və Qərib İbrahimov dünən komanda ilə məşqə çıxıblar. Yalnız zədəsi tam olaraq sağalmayan Hüseyn Axundovun isə müalicəsi davam edir. Günün ilk yarısında baş tutan məşqdə futbolçular daha çox yüngül məşqə üstünlük veriblər. Bu gündən etibarən Əsgər Abdullayevin yetirmələri gündə iki dəfə meydana çıxacaqlar.
Fanat.az