Azərbaycanlı iş adamlarının yaratdığı "Baku Yunayted" futzal klubu tarixi nəticəyə imza atıb. Fanat.az xəbər verir ki, həmyerlilərimizin komandası İngiltərə tarixinə UEFA Kubokunun Elit mərhələsinə çıxan ilk klub kimi düşüb.
İtaliyanın "Luparense" və Serbiyanın "Ekonomats" kollektivləri üzərində qələbələrdən sonra "Baku Yunayted" Yunanıstan çempionu "Atina-90" kollektivinə də eyni aqibəti yaşadıb. "Qədim Ellada" təmsilçilərinin qapısından 2 cavabsız top keçirən "bakılı oğlanlar" 2-ci qrup mərhələsini 1-ci pillədə başa vurublar.
Beləliklə, Elit Raundda ilk dəfə olaraq azərbaycanlı idmansevərlər iki komandaya azarkeşlik edəcəklər: "Araz" və "Baku Yunayted"ə.
Qeyd edək ki, Elit Raundda 12 komanda iştirak edəcək. Bu mərhələnin püşkatması oktyabrın 17-də baş tutacaq.
Fanat.az