Milli komandamız daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, İtaliya və Xorvatiya ilə oyunlara Frankfurtda hazırlaşan yığmamız Ruslan Əmircanovun xidmətindən məhrum olub.
"Qəbələ"nin üzvü məşqdə zədələnib. Zədəsi ciddi olan Ruslan Bakıya yola salınıb. O, İtaliya və Xorvatiyaya qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, bundan əvvəl "Qəbələ"nin başqa bir üzvü - Ruslan Abışov zədə səbəbindən "Qəbələ"dən kənarlaşdırılmışdı.
Fanat.az