"İnter" prezidenti Massimo Moratti verdiyi açıqlamada komandanın başına Walter Mazarrinin gətirildiyini açıqladı. Bu açıqlamadan dəqiqələr sonra da "İnter"in rəsmi internet saytında Mazzarrinin vəzifəyə gətirildiyi xəbəri yayıldı.
Ayrıca daha əvvəl vəzifəsindən ayrılan Andrea Stramaccioniyə də xidmətlərinə görə təşəkkür edildi.