Yayda "Qəbələ"dən ailə problemlərini gətirərək ayrılan və Küveytin "Əl Qadsiya" klubuna keçən Daniel Subotiç uğurlu çıxışını davam etdirir. Fanat.az xəbər verir ki, isveçrəli ulduz Asiya ölkəsində keçirdiyi 8 oyunda 9 qol vurub.
Subotiç Küveyt çempionatındakı 4 oyunda 5 qola imza atıb. "Al-Fahaheel"lə oyunda (3:0) dubl edən forvard "Kazma" (1:1), "Əl Sulaibixat" (1:0) və "Əl Cahra" (3:0) matçlarında bir dəfə fərqlənib. Bu 4 oyundan 3-də onun komandası qələbə qazanıb, birində heç-heçə edib.
İsveçrəli futbolçu Asiya Futbol Konfederasiyasının kubokunda 3 qola imza atıb. Bəhreynin "Əl Hadd" klubu ilə heç-heçə etdikləri (2:2) matçda bir qol vuran Subotiç İndoneziya "Persipura"sını 4:2 hesabı ilə yendikləri qarşılaşmada dubl elib.
"Qəbələ"nin sabiq üzvü daha bir qoluna Küveyt Superkubokunda imza atıb. O, "Əl Küveyt"i 3:2 hesabı ilə udduqları oyunda ikinci qolu vurub.
Qeyd edək ki, "Əl Qadsiya" Küveyt çempionatında 6 oyundan sonra 13 xalla 4-cü pilləni tutur və liderlərdən 2 xal geri qalır. Komanda Subotiçin oynadığı heç bir oyunda uduzmayıb.
Fanat.az