"Araz Naxçıvan"dan kənarlaşdırılan Elhad Nəziri "Xəzər Lənkəran"da peyda olub. Fanat.az xəbər verir ki, əvvəllər milli komandaya da çağırılan futbolçu dünən cənub klubunun əvəzedici komandasında məşq edib.
Lakin baş məşqçi Elburus Məmmədov onun komandada qalmasına razı olmayıb. Bu barədə Fanat.az-a açıqlama verən "Xəzər Lənkəran"ın baş məşqçisi bunları deyib: "Elhad dünən bizdə məşq etdi və geri qaytarıldı. Çünki biz əvəzedici heyətə kənardan gələn 18 yaşından yuxarı futbolçu götürmürük. Nəzirinin yaşı bizdə oynamağa imkan vermir. Buna görə onu geri qaytardıq".
Əldə etdiyimiz məlumata görə, Elhadı Elburus Məmmədova "milliyə çağırılan, Türkiyədə oynamış futbolçu" kimi təklif ediblər. Futbolçu düşərgəyə gələndən sonra onun kimliyini görən baş məşqçi bu keçiddən imtina edib.
Qeyd edək ki, Elhad heç vaxt Türkiyədə oynamayıb. O, karyerası ərzinndə "Lokomotiv" (Biləcəri), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya), "Rəvan", "İnter" və "Araz Naxçıvan" klublarında çıxış edib, millidə bir oyun keçirib.
Fanat.az