AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun V turunun oyunlarında və II turdan təxirə salınmış matçda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verib.
V turun “Şəmkir” - “Qaradağ Lökbatan” matçında “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 65-ci dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur.
V turunu MOİK - “Göyəzən” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyununun 48-ci dəqiqəsində MOİK klubunun futbolçusu Azər Həbibov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyunun 55-ci dəqiqəsində “Göyəzən” klubunun futbolçusu Elnur Kosayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
V turun “Zirə” - “Turan-T” matçında “Zirə” klubunun 5 , “Turan-T” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.
V turun “Şuşa” - “Neftçala” matçının 90-ci dəqiqəsində “Neftçala” klubunun futbolçusu Mehman Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
II turun təxirə salınmış görüşü “Turan-T” - “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 85-ci dəqiqəsində “Turan-T” klubunun futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
- Oyunun 90+5-ci dəqiqəsində “Turan-T” klubunun futbolçusu Nəsimi Qədirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Fanat.az