Topaz Premyer Liqasının VIII turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan komanda bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək.
"Təyyarəçilər" oktyabrın 9-da "Qəbələ" ilə qarşılaşacaq. Bu məqsədlə AZAL artıq Qəbələyə yollanıb. Bu gün Qəbələ şəhər stadionunda məşq edəcək komanda sabah saat 16.00-da yoxlama matçına çıxacaq.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın IV turunda AZAL-ı qəbul edib və 1:2 hesabı ilə uduzub. Meydan sahiblərindən Cavid Hüseynov (penalti), qonaqlardan Rəşad Abdullayev (penalti) və Kərim Diniyev fərqlənib. Bu AZAL-ın 2014-cü ildə ilk qələbəsi olub. "Təyyarəçilər" 20 oyundan sonra qələbə sevinci yaşayıb.
Fanat.az